Stoltenberqlə Conson Ərdoğanı güclə saxladılar – İlginc foto



NATO-nun İngiltərənin paytaxtı Londonda başlayan sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın foto çəkdirməyi unutması ilə səhnədə maraqlı anlar yaşanıb.

AzFakt.info xəbər verir ki, qonaqları qarşılayan NATO Baş katibi Yens Stoltenberq və İngiltərənin Baş naziri Boris Conson Ərdoğanın salamlaşandan sonra səhnədən düşməsinə təəccüblənib. Türkiyə prezidenti NATO baş katibi və İngiltərənin baş naziri ilə əl verib görüşəndən sonra foto çəkdirməyi unudaraq səhnədən enməyə çalışıb.

Lakin Stoltenberqlə Conson Türkiyə prezidentinə foto çəkdirməyi xatırladıb. Hər üç lider təbəssümlə obyektivə poz verib.(Teleqraf.com)



Facebook-da paylaş