İsrailin Bakıdakı səfirliyi fəaliyyətini bərpa etdi





İsrailin Bakıdakı səfirliyi fəaliyyətini bərpa edib.

AzFakt.info xəbər verir ki, bu barədə səfirliyin Tvitter hesabında informasiya yerləşdirilib.

“İsrailin Bakıdakı səfirliyi bütün dünyadakı digər diplomatik missiyalarımız kimi fəaliyyətini bərpa edib. Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi arasında danışıqlar davam edəcək”, - səfirlikdən bildirilib.

Qeyd edək ki, 30 oktyabrda İsrailin bütün səfirlikləri fəaliyyətini dayandırmışdı. Buna səbəb Maliyyə Nazirliyinin diplomatik korpusların saxlanması xərclərini azaltmasıdır.


Facebook-da paylaş