“Rejim heç vaxt olmadığı qədər qəddarlaşıb…” - FOTO

"Bu koloniyaları Almaniya həbsxanaları ilə müqayisə etmək olmaz”-Almaniya nəşri



 
Moskvada siyasi məhbusların sərbəst buraxılması üçün keçirilən etiraz aksiyalarında 20 mindən çox insan iştirak edib.  

Bu haqda Almaniyanıın “Bild” tabloidi məlumat yayıb.  

“Etirazlar göstərir ki, Putinə və partiyasına olan etimad ən aşağı səviyyəyə enib.   Moskvada minlərlə insan siyasi məhbusların sərbəst buraxılması tələbi ilə etiraz aksiyalarında iştirak edib. Təşkilatçıların və Rusiya Daxili İşlər Nazirliyinin yaydığı  üst-üst-üstə düşən məlumatlara görə, nümayişlərdə 20 mindən çox adam iştirak edib. “Azad et!” şüarı altında  çıxış edən etirazçılar Kremldən rejimin bir neçə tənqidçisinə qarşı sərt cəzaların ləğv edilməsini və digər siyasi motivli məhkəmə davalarının dayandırılmasını tələb edib"- deyə nəşr yazır. 

“Putin rejimi  heç vaxt olmadığı qədər qəddarlaşıb. Federal Penitensiar Xidmətin məlumatına görə, hazırda Rusiyada yarım milyona yaxın insan dəmir barmaqlıqlar arxasında oturur. Onların əksəriyyəti, təxminən 440 min insan,  “islah koloniyaları” deyilən həbsxanalarda saxlanılır. Bu koloniyaları Almaniya həbsxanaları ilə müqayisə etmək olmaz”- Almaniya nəşrindəki  məqalə müəllifləri Leo Ginsburq və Filipp Pyatov belə yazır.



Facebook-da paylaş