BMT Çinlə bağlı ilginc açıqlama yaydı - Məhkumların orqanlarını diri ikən çıxarırlar...





Birləşmiş Millətlər Təşkilatı Çinlə bağlı hesabatında məhkum həyatı yaşayan uyğur türklərinə qarşı zorakılıqlarla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, məhkumlar diri ikən orqanları çinlilər tərəfindən çıxarılır. 

Moderator.az xəbər verir ki, hüquq müdafiəçisi Həmid Sabi çıxışı zamanı uyğur türklərinə və digər azlıqlara qarşı Çinin bu cür qeyri-insani davranışına son qoymağı tələb edib. 

H.Sabi deyib ki, zorla orqanları çıxarılan məhkumlar arasında ölüm hallarının sayı artmaqdadır. 

Bildirilir ki, Çin hökuməti artıq iyirmi ildir ki, qeyri-insani davranışını davam etdirir. Çıxışlarda Çinin uyğur türklərindən “orqan bankı” kimi istifadə etdikləri, bir çox azğın təcrübələri onların üzərində keçirdikləri də vurğulanıb. 

Çin hökuməti isə ittihamları qəbul etmir və 2015-ci ildən buna son qoyduqlarını bildirib. 
Buna baxmayaraq, iddialara görə, Çin orqan satışından ildə bir milyard dollar qazanır. 



Facebook-da paylaş