Ukraynada yeni hökumət formalaşdı



Ukrayna Ali Radası avqustun 29-da keçirilən iclasında Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

AzFakt.info yerli KİV-ə istinadən bildirir ki, deputatlardan 281 nəfər yeni hökumətin lehinə səs verib.

Yeni hökumətə aşağıdakılar daxildir:

Dmitriy Kuleba – Ukraynanın Avropa və Avroatlantiq inteqrasiyası üzrə Baş Nazirin müavini
Mixail Fedorov – rəqəmsal transformasiyası üzrə Baş Nazirin müavini
Timofey Milovanov – İqtisadiyyat, ticarət və kənd təsərrüfatı inkişafı naziri
Oksana Markarova – maliyyə naziri
Aleksey Orjel – Enerji və ətraf mühitin qorunması naziri
Vladislav Krikliy – İnfrastruktura naziri
Alena Babak – Ukraynanın əraziləri və icmaları naziri
Anna Novosad – Elm və təhsil naziri
Zoryana Skaletskaya – Səhiyyə naziri
Vladimir Borodyanskiy – Mədəniyyət, gənclər və idman naziri
Yuliya Sokolovskaya – Sosial siyasət naziri
Arsen Avakov – Daxili işlər naziri
Oksana Kolyada – Veteranlar, Ukraynanın müvəqqəti işğal edilmiş əraziləri və məcburi köçkünlər üzrə nazir
Dmitriy Dubilet – Ukrayna Nazirlər Kabinetinin naziri
Denis Malyuska – Ədliyyə naziri

Qeyd edək ki, bundan öncə Vadim Pristayko Xarici işlər, Andrey Zaqorodnyuk Müdafiə naziri, İvan Bakanov isə Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunub.



Facebook-da paylaş