İranda daha 4 nəfər edam edildi



İranda qətldə günahlandırılaraq edama məhkum edilmiş daha 4 nəfər dar ağacından asılıb.

AzFakt.info yerli KİV-ə istinadən bildirir ki, edamlar Məşhəd, Qum və Babil şəhərlərində həyata keçirilib.
İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir neçə il əvvəl ayrı-ayrılıqda naməlum səbəbə görə qətl törədən və adları mediaya açıqlanmayan 2 məhkum Məşhəd şəhərinin mərkəzi zindanında dara çəkilib.
Bundan başqa, 5 il əvvəl məişət zəminində baş verən bir davada qətl törədən 26 yaşlı daha bir məhkum eyni ittihamla Babil həbsxanasında edam edilib.



Facebook-da paylaş