Türkiyədə iki zəlzələ qeyd alınıb



Türkiyədə Mərmərə dənizində iki zəlzələ qeyd alınıb.

Türkiyə KİV-lərininin verdiyi məlumata görə, 3.3 bal gücündə olan birinci zəlzələ yerli vaxtla saat 18.56-da baş verib. Yerlatı təkanların ocağı 15.4 kilometr dərinlikdə yerləşib.

3.6 bal gücündə olan ikinci zəlzələ yerli vaxtla saat 19.05-də olub. Yerlatı təkanların ocağı 12.6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.



Facebook-da paylaş