ABŞ-ın Rusiyadakı səfiri: “Krım Ukraynanındır”



"Ukraynanın ərazi bütövlüyü bərpa olunmadan ABŞ və Rusiya arasında münasibətlərin normallaşması mümkün deyil".

AzFakt.info bildirir ki, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman özünün "Twitter" səhifəsində yazıb.

Səfir "Krım kimindir" sualına belə cavab verib: "Bu suala beynəlxalq hüquqla tanış olan istənilən şəxs cavab verə bilər. Krım Ukraynanındır. Rusiya-Amerika əlaqələrinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası çox vacibdir".

Virtualaz.org xatırladır ki, dünən ABŞ Dövlət Departamentinin başçısı Reks Tillerson rəsmi Vaşinqtonun Krım məsələsinə qayıtmaq fikrində olduğunu demişdi. O həmçinin qeyd etmişdi ki, ABŞ üçün ən vacib məsələlərdən biri Donbasda vəziyyətin tənzimlənməsidir.

Bu gün jurnalistlərə verdiyi açıqlamada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Krım mövzusu müzakirə oluna bilməz: “Əlavə ediləcək heç nə yoxdur. Bu mövzu heç bir halda müzakirə obyektinə çevrilə bilməz”.




Facebook-da paylaş