Peskov Ərdoğan-Putin görüşünün detallarını açıqladı





Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə Suriya məsələsini müzakirə edəcək.

AzFakt.info
xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.

“Əlbəttə ki, bütün bunlar hazırda ön plana çıxan və Rusiya hərbi kontingentinin çəkilməsindən sonra zəruri addımların atılması üçün siyasi həll prosesinin perspektivləridir. Bu, milli konqresin çağırılması işidir. Bu, siyahıların yekunlaşdırılması, prosesin əhatə dairəsinin təmin edilməsidir”, - Peskov deyib.

Peskov həmçinin görüş zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin də müzakirə ediləcəyini bildirib.


Facebook-da paylaş