İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötdü



Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

APA-nın verdiyi məlumata görə, ölənlərin 237-si kişi, 246-sı qadındır.

Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

Qeyd edək ki, həmin zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib.




Facebook-da paylaş