Tramp-Putin görüşü zamanı Rusiya SENSASİYALI ADDIM ATDI

Tramp-Putin görüşü zamanı Rusiya SENSASİYALI ADDIM ATDI

Rusiya öz sərhədlərini yüzlərlə metr Gürcüstan ərazilərinə doğru irəli çəkib.

Publika.az xəbər verir ki, yerli KİV-in məlumatına görə, G20 sammitində Rusiya prezidenti Vladimir Putin və Donald Tramp arasında danışıqlardan gedən mühüm bir vaxtda Kreml öz sərhəd nişanını işğal olunmuş ərazilərdə - Cənubi Osetiyada bir neçə yüz metr irəliyə çəkib.
Gürcüstanın təhlükəsizlik xidməti bu addımı “qanunsuz” adlandırıb və bildirib ki, onun nəticəsində Qori bələdiyyəsinə məxsus yerli fermer sahələrinə xeyli ziyan dəyib.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili, öz növbəsində, bu addıma etirazını bildirib və beynəlxalq birliyi Rusiyanın bu hərəkətini pisləməyə çağırıb.

“Gürcüstan bütün diplomatik vasitələrdən istifadə edəcək ki, bu uzanan işğal dayandırılsın”, - deyə, o bildirib.
Yerli KİV-in məlumatına görə, nazir Ketevan Tsixelaşvili isə bəyan edib ki, işğal tamamilə açıq və dinamik xətt alır və 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən indiyədək davam edir.





Facebook-da paylaş