Trampla Putin ilk dəfə bir-birinin əlini sıxdı



ABŞ prezidenti Donald Tramp “G20” sammitində iştirak etmək məqsədilə Hamburqa gəlib.

RİA Novosti xəbər verir ki, Donald Tramp və cari sammitin ev sahibi kimi liderləri qarşılayan Almaniya kansleri Angela Merkel bir-birini salamlayıb və qısa fikir mübadiləsindən sonra əl sıxıblar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Vladimir Putinlə Donald Trampın sammitin kuluarları çərçivəsində ilk dəfə üz-üzə gəldiklərini və əl sıxdıqlarını bildirib.

"Onlar bir-birinin əlini sıxdılar və dedilər ki, tezliklə bir araya gələcək və ayrıca görüş keçirəcəklər", — deyə D.Peskov əlavə edib.




Facebook-da paylaş