İranda ər və arvad edam edildi





İranda narkotik maddələrin qaçaqmalçılığında və qətldə günahlandırılan daha 7 nəfər edam edilib.

AzFakt.info
 Axar.az-a istinadən xəbər verir ki, hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, narkotik maddə qaçaqmalçılığında günahlandırılan Urmiya şəhər sakini, müttəhim Səlahəddin Yar və Quçan şəhər sakinləri Cəfər Sədanlu, onun adı mediaya açıqlanmayan həyat yoldaşı iyulun 1-i sübh saatlarında Rəşt şəhərinin mərkəzi zindanında (Lakan) dar ağacından asılıb.

Həmçinin qətldə günahlandırılan 50 yaşlı müttəhim Hüseyn Rigi iyulun 3-ü sübh saatlarında İranın Zahidan şəhərinin mərkəzi zindanında edam edilib. O, edamından əvvəl 7 il həbsdə saxlanılıb.

Narkotik qaçaqmalçılığı ittihamı ilə İsfahanın mərkəzi həbsxanasında saxlanılan daha 3 nəfər - Ümid Məhəmmədzadə, Rza Məhəmmədi və Seyid Rza sübh saatlarında zindanın həyətində dar ağacından asılıb. Onların məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.


Facebook-da paylaş