Səddamın dondurulmuş pulları müzakirə edildi






İraq xarici işlər naziri Fuad Hüseyn isveçrəli həmkarı İqnazio Kassislə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə sabiq prezident Səddam Hüseynin İsveçrə banklarında dondurulmuş pulları müzakirə edilib.

Görüşdən sonra keçirilən brifinqdə F.Hüseyn İsveçrənin bölgənin sabitliyində mühüm rol oynadığını deyib:

“Bundan başqa, həmkarımla İsveçrənin İraqdakı səfirliyinin yenidən açılması ilə bağlı fikir mübadiləsi apardıq”.




Facebook-da paylaş