Qəribə təsadüf: Bir şirkətin gəmisi Süveyş kanalını, yük maşını isə avtomagistralı bağladı - Foto

Qəribə təsadüf: Bir şirkətin gəmisi Süveyş kanalını, yük maşını isə avtomagistralı bağladı - FOTO

Çində avtomagistrallardan birində ilk baxışdan adi görünən hadisə baş verib.
 
“RİA Novosti” xəbər verir ki, “Evergreen” şirkətinə məxsus yük avtomobili magistral yolu kəsərək tıxaca səbəb olub.
 
Hadisə sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Belə ki, hazırda Süveyş kanalında saya oturan və beynəlxalq yük daşımaları sistemini iflic edən nəhəng gəmi də məhz bu şirkətə məxsusdur.
 
Daha bir qəribəlik isə ondan ibarətdir ki, hər iki nəqliyyat vasitəsi də 45 dərəcə bucaq altında maili vəziyyətdə duraraq keçidi bağlayıb.
 




Facebook-da paylaş